Ermənistanın Qubadlıda 100 minlik qaçqın şəhəri salmaq planı  - FOTOLAR

Ermənistanın Qubadlıda 100 minlik qaçqın şəhəri salmaq planı - FOTOLAR

Hazırda oxunan: Ermənistanın Qubadlıda 100 minlik qaçqın şəhəri salmaq planı - FOTOLAR

141682
İyunun 20-da bütün ölkəmizdə çoxlarının həyəcanla izlədiyi Qarabağla bağlı yüksək səviyyəli Sankt-Peterburq danışıqlarını xa0izlədiyi vaxt İrəvanda nəinki erməni silahlı qüvvələrinin işğal altındakı torpaqlarımızdan çıxarılmasından danışılıb, əksinə, həmin hüquqi-tarixi Azərbaycan torpaqlarında yeni şəhər salmaq barədə ideyalar gündəmə gəlib...xa0

“İşxanadzor(Qubadlının məşhur Xanlıq kəndi-S.L.) kəndi yaxınlığında İranla sərhəddə Azərbaycandan olan qaçqınlar üçün 100 min nəfərə yaxın əhalisi olacaq Baqaran şəhəri tikilməsi planlaşdırılırdı. Bir çox qaçqınlar xa0oraya köçməyə hazırdırlar. Ancaq xa0Ermənistanın siyasi elitası hələ də azad olunmuş Qarabağ ərazilərində xa0qaçqınlar üçün şəhər salınması ideyasına dəstək xa0verməyib...”x9d xa0


Moderator.az erməni mediasına istinadla xəbər verir ki, bu sözləri xa0ötən bazar ertəsi jurnalistlərə müsahibəsində xa0“Azərbaycan SSR-dən Qaçqınlar Assambleyası”x9dnın koordinatoru xa0Mariam Avakyan deyib. xa0

Layihənin maliyyələşməsinə gəldikdə, Avakyanın sözlərinə görə, xa0buna vəsait tapmaq mümkündür. “...“British Petroleum”x9d-un erməni qaçqınları qarşısında götürdüyü öhdəliyə görə bizə 20 mlrd. dram borcu var. Ermənistandan kənarda uğurlar qazanmış qaçqınlar da kömək etməyə hazırdır. Özü də tikinti üçün tələb olunan vəsait o qədər də çox deyil. xa0Təxminən İrəvanın Şimal prospektinin salınması uriüçün xərclənmiş məbləğdə vəsait lazımdır. Biz dəfələrlə həm Ermənistan, həm Qarabağ rəhbərliyinə müraciət etmişik. Ancaq nəticə yoxdur...”x9dxa0

Görünür, Ermənistan və qondarma “DQR”x9d rəhbərləri istər iqtisadi, istərsə də hərbi-siyasi gerçəkliyi yaxşı anladıqlarından bu xa0avantürist ideyaya qol qoymayıblar. xa0


Xatırladaq ki, Qarabağda qaçqın şəhəri salmaq ideyası hələ 2011-ci ildə səslənmişdi. O zaman hansısa qruplar, görünür, külli miqdarda maliyyə yeyintisi arzusuyla bu layihənin həyata keçməsinə ciddi cəhd göstərmişdilər.
Həmin vaxt İrəvanda Azərbaycandan olan erməni qaçqınlarının üçüncü qurultayı zamanı “Baqaran”x9d adlanacaq yeni şəhərin layihəsi də xa0təqdim olunmuşdu

İdeya müəlliflərinə görə, bu şəhərdə Azərbaycandan olan erməni qaçqınlar Xanlıq kəndi yaxınlığında Həkəri çayının sahillərində 20 min kvadratkilometr ərazidə kompakt şəkildə məskunlaşdırılmalıydı. İddialara görə, artıq şəhərin tikintisi üçün xa0350-yə yaxın erməni iş adamı maliyyə ayırmağa da hazır olub. xa0Lakin o zaman da siyasi rəhbərlik və bir sıra qaçqın ermənilər də buna etiraz etmiş, heç kəsin “mərkəzdən uzaq”x9d ərazidə, işsiz-gücsüz yaşamağa razı olmayacaqlarını bildirmişdilər. Bunun əvəzində bəziləri xa0qaçqın şəhərini Xankəndi və ya Şuşa yaxınlığında xa0salmağı təklif etmişdilər.xa0

Qeyd etdiyimiz kimi, Ermənistanın indiki iqtisadi durumunda 100 minlik şəhər salmaq iddiası fantastik görünür. Lakin bütün hallarda İrəvanda belə bir iddianın səsləndirilməsi, özü də yüksək səviyyəli Qarabağ danışıqları gedən bir gündə ortaya atılması erməni həyasızlığının, avantürizminin növbəti nümunəsidir.
Onu da qeyd edək ki, xa0Qubadlı rayonunun adıçəkilən ərazisi münbit torpağı, sabit iqlimi ilə seçilir. Xanlıq kəndi həm də Azərbaycan üçün tarixi baxımdan əhəmiyyətlidir. Belə ki, “Xanlıq”x9d vaxtilə kəndin ərazisində yerləşən Qarabağ xanı Pənahəli xan Cavanşirın oğlu Mehrəli bəy Cavanşirin malikanəsinin adı olub. Sonralar mülkün ətrafında salınan kənd də mülkün adına uyğun “Xanlıq”x9d adlandırılıb.

Ermənilərin 1993-cü il avqustunda xarabalığa döndərdikləri və hazırda “İşxanadzor”x9d adlandırılan Xanlıq kəndində 2014-cü ilin məlumatına görə, 200 erməni yaşayır. xa0Burada Suriyadan qaçmış 37 erməni ailəsi üçün evlər tikilməsi və artıq 13 ailəyə mənzil paylanması haqda da məlumatlar verilib.xa0

3-cü onillikdir ki, istər işğal altındakə şəhər və kəndlərimizin məskunlaşdırılması, istərsə də yeni şəhər salınması barədə qulağımızı yağır edən düşmən informasiyalarına son qoymağın tək xa0bir xa0yolu var: xalqımızın, dövlətimizin, ordumuzun gücü ilə torpaqlarımzı işğaldan azad etmək...

Sultan Laçın
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO