Tanınmış hüquqşünas Qurban Məmmədov bir neçə gündür ki, MTN və bunun ardınca baş vermiş Nardaran olayları ətrafında yaranmış durumla bağlı fikirlərini yazaraq Moderator.az - a göndərir.
Məqalənin növbəti hissəsini təqdim edirik:
Əvvəlini bu linkdən oxumaq olar---moderator.az/news/109811.html
İndi cəmiyyətdə ən çox dolaşan suallardan biri də budur:
“MTN işi”x9dnin son Nardaran olayları ilə əlaqəsi varmı? Yaxud da, Nardaran hadisələri “MTN işi”x9d ilə bağlıdırmı?
Belə mülahizələr yürüdülür ki, cəzalandırılan “mtn-şiklər”x9d və tərəfdarları prosesə mane olmaq, özlərini xilas etmək üçün ölkəni qarışdırmağa çalışırlar və bu məqsədlə də Nardaranda qarışıqlıq yaradıblar. Guya Nardaranda başlayan etirazın bütün respublika ərazisinə yayılmasını təmin etməklə prezidenti geri çəkilməyə məcbur etmək istəyiblər.
Bu versiyanın tamamilə əsassız olduğu Nardaran hadisələrinin mahiyyəti və göz önündə olan faktlarla, nəticələrlə sübut edilir:
1. Bu hadisələrdə təşəbbüs, müdaxilə, hücum hakimiyyət tərəfindən başlayıb.
2. Nardaranlılar kənddən kənarda heç bir dini və ya siyasi aksiya keçirməyiblər, kəndlərini tərk etməyə cəhd etməyiblər.
3. Nardaranda inanc əhli tərəfindən keçirilən tədbirlərin heç birində silah qismində işlədilə biləcək hər hansı predmet istifadə edilməyib. Heç nümayiş də etdirilməyib.
4. Başda Hacı Tale Bağırzadə olmaqla, Nardaranda heç kim zorakılığa, hakimiyyətə qarşı fiziki müqavimətə çağırmayıb.
5. T.Bağırzadə müxtəlif kütləvi informasiya vasitələrində çıxış edərək onları təxribata çəkmək istəyən qüvvələrin mövcudluğundan danışıb və buna imkan verməyəcəklərini, yalnız dinc, demokratik, qanuni, siyasi mübarizə tərəfdarı olduqlarını, hakimiyyətin isə yalnız seçki yolu ilə dəyişməsinin tərəfdarı olduqlarını dəfələrlə bəyan edib.
Başqa sözlə, hakimiyyət Nardarana bu yarıtmaz hücumu etməsəydi, heç bir qarşıdurma, ölüm-itim də olmayacaqdı. Onda belə çıxır ki, bu versiyaya görə, aranı qarışdıran qüvvələr Nardaranda, T.Bağırzadənin tərəfdarları arasında yox, hakimiyyətin öz daxilindədir.
Təbii ki, hakimiyyətin daxilində bu hadisələrin tərəfdarı olan təşəbbüskar qüvvələr olub. Yoxsa belə bir qanlı hadisənin baş verməsi mümkün olmazdı.
Ancaq onların niyyətləri nə olub: Eldar Mahmudov və komandasını xilas etmək, yoxsa, prezidentin etimadını qazanaraq onu öz sədaqətlərinə və güclərinə inandırmaq, prezidenti özlərinə minnətçi salmaq, öz çirkin əməllərini davam etdirmək üçün kart-blanş almaq?
Hər iki variantın olması mümkündür.
Ancaq ola bilər ki hakimiyyətdə, həqiqətən də belə qüvvələr, yəni Eldar Mahmudovun adamları var və onlar elə səlahiyyət sahibidirlər ki, hətta prezidenti bu qanlı əməliyyata rəhbərlik etməyə razı sala biliblər. Baxmayaraq ki, mən şəxsən bunun belə olmasına, yəni prezidentin bu əməliyyata rəhbərlik etməsinə qətiyyən inanmıram. Çünki bu onun vəzifələrinə daxil olan bir məsələ deyil və bu vəzifəni icra etmək üçün kifayət qədər səlahiyyətli şəxslər var.
Ancaq nəticələr artıq göz qabağındadır və biz, nəticədən səbəblərə doğru hərəkət etməklə, qəti deyə bilərik ki, Nardaran əməliyyatı heç bir halda Eldar Mahmudov və tərəfdarlarının işi deyil.
Qalır ikinci versiya.
Hökmdara yaxınlıq, onun etimadını qazanmaq üstündə tarixən saraydaxil mübarizələr gedib. Bu çox vaxt qanlı hadisələrlə sonlanıb. Tarix belə saraydaxili müharibə faktları ilə doludur. Saraylar kimisinə qan qusduğu qızıl teşt, kimisinə də əbədi səadət mənbəyi olub.
İndi Eldar Mahmudov və tərəfdarlarının o qızıl teştə qan qusma dövrüdür.
Bəs əbədi səadət eşqi ilə Nardaranda qan tökən, Hacı Tale Bağırzadə və dostlarını qanunsuz, əsassız olaraq həbs edən, qızıl teştin gözlədiyi növbəti qan qusacaq qüvvələr hansılardır? Kimlərdir? Yaxud da kimdir?
Mə şəxsən onları tanımıram və kim olduqlarını da bilmirəm.
Ancaq bildiyim və inandığım bir həqiqət var: Nardarana hücumla bağlı rəsmi elan edilən bəhanə, yəni Tale Bağırzadə və tərəfdarlarının haqqında yayılan rəsmi məlumatlar, evlərdən silahların tapılması, polisə müqavimət göstərilməsi, iki nəfər polisimizin Nardaran sakinlərindən kiminsə tərəfindən öldürülməsi, vətəndaşlar tərəfindən odlu silahdan istifadə edilməsi, dövlət çevrilişinə cəhd və s. hamısı tam uydurma və yalandır.
Ancaq Nardaranlıların dövlət çevrilişinə cəhd etməsi, hazırlaşmaları barədə deyilənlər məncə yalanın yumor növündəndir. Xalqı dolamaq, ələ salmaq, onun hissləri ilə əylənməkdir.Yəni baxın haaa, sizi də beləcə şərləyə bilərik, bizim üçün heç bir sərhəd, heç bir dəyər, heç bir qanun-qayda yoxdur, biz beləyik, istəyirsiz dözün, istəmirsiz cəhənnəm olub bu torpaqlardan gedin.
Nardaran da daxil olmaqla, ölkəmizin bir çox regionlarında, məlum vəziyyət üzündən gec, ya da tez, hansısa əməliyyatlar aparılmalı, işlər görülməli idi. Orada yaranmış vəziyyətlə bağlı keçirilməli olan tədbirlər sırasında isə silahlı müdaxiləyə ehtiyac olmadığına adım qədər əminəm.
Bəli, Nardaranda son 20-30 ildə yaranmış vəziyyət, kütləvi işsizlik, gənclərin bir çoxunun təhsildən kənarda qalmaları, milli və dövlətçilik dəyərlərimizə uyğun olmayan bəzi hərəkətlər, bəzi xarici qonaqların məhz orada dövlətçiliyimizə qarşı hörmətsiz, saymazyana davranışları və aşağılanmalar, bəzi qüvvələr tərəfindən gənclər arasında qəsdlə cəhalətin yayılması faktları, əvvəl-axır, zəruri tədbirlərin görülməsini tələb edirdi.
Bunu açıq demək, insanlara səmimi olaraq bunu izah etmək lazım idi. O kəndin ağsaqqallarının, ziyalılarının iştirakı ilə heç bir itki vermədən bu problemləri, məncə, daha rahat həll etmək olardı. Maarifləndirmə, xüsusilə də dini maarifçilik yolu ilə, gənclərin faydalı əməyə cəlb edilməsi, sosiallaşma, başqa regionlarla mədəni əlaqələrin genişləndirilməsi, mədəni tədbirlərin, ziyalılarla görüşlərin intensivləşdirilməsi və sair yollarla daha çox müsbət nəticəyə nail olmaq olardı, nəinki indiki kimi kin və nifrət toxumları səpməklə.
Ancaq bir reallığa da göz yuma bilmərik.
Nardaran hadisəsindən sonra İranın bəzi dairələri tərəfindən “Azərbaycan şiə dövlətidir”x9d, “Şiələr bütün respublika ərazisində müxtəlif mərkəzlərdə toplaşıb güc nümayiş etdirməlidirlər”x9d və sair kimi şüarların səsləndirilməsi, dövlətimizin suverenliyinə, müstəqilliyinə qarşı hörmətsizlik etmələri gözardı edilə bilməz. Respublikamızda qarşıdurma yaratmağa yönələn bu tip çağırışlar bizi ayıq-sayıq olmağa dəvət edir.
Digər tərəfdən də, belə çağırışlar dolayısı ilə hakimiyyətin indiki hərəkətlərinə haqq qazandırmış olur.
Məni çox narahat edən bir məsələni burada qeyd etməyi zəruri və faydalı hesab edirəm. Hacı Tale Bağırzadənin bəzi xarici və daxili dini dairələr tərəfindən sevilmədiyini bilirdim. Bunu o özü mənə danışmışdı.
Çünki, əvvəla, onun təqlidi İraqda yaşayan müctehid Ayətullah Seyid Əli Sistaniyə idi.
İkincisi, onun bir arzusu var idi və bunu tez-tez dilə gətirirdi: Azərbaycan özünün “mərceyi-təqlid”x9dini, yəni uyulmalı olan, ardınca gedilməli olan öz ali dini liderini yetişdirməlidir ki, onun verəcəyi fitvalar, dini tövsiyələr Azərbaycan dövlətinin və bu torpaqlarda yaşayan xalqlardan heç birinin maraqlarına zidd olmasın. İndi Nardaran şəhidlərinə yas tutan bəzi xarici dairələrin Hacı Talenin həbsinə sevinmələrinə şübhə etmirəm.
Xülasə, daxili problemlərin həllində zorakı tədbir növü kimi silahlı müdaxilə, istənilən halda, ən sonuncu yerdə durmalıdır.
Ancaq, görünür, kimlərəsə məhz bu lazım imiş. Zor, əzələ, qabalıq nümayiş etdirmək.
Sübut etsinlər ki, Eldar Mahmudovun bacarmadığını onlar bacardılar. Yaxud da onun yaratdığını onlar aradan qaldırdılar.
Ancaq belə cılız niyyətlərə görə, yeddi gənc vətəndaşımızın qanını tökməyə, silahsız, köməksiz, dindar bir kəndin üzərində güc, gövdə göstərisi nümayiş etdirməyə, xalqın yetişdirdiyi savadlı din xadimi Tale Bağırzadəni və dostlarını həbs etməyə, millətimizi də dünyaya terrorçu kimi tanıtmağa dəyərdimi? Qanamayan yerdən qaşıyıb qan çıxarmaq kimə və nə üçün lazımdır?
Halbuki, Nardaranda və elə başqa regionlarımızda da, yaranmış bəzi təhlükəli durumlar təkcə MTN-nin yox, bir çox orqanların fəaliyyət obyekti olmalı idi və bu onların bir başa vəzifələrinə daxildir.
Bəs konkret olaraq kimlər Eldar Mahmudovun boş qalan “nüfuz yeri”x9dni doldurmağa çalışırlar?
Bunu mən də bilmirəm.
Prezident ətrafındakı nüfuz yerdəyişmələrindən sonra qanlı Nardaran faciəsinin əsl səbəbkarı özünü tezliklə göstərəcəkdir.
Gözləyək. ALLAH (c.c) səbr edənlərlədir.
Ancaq səbr etməklə yanaşı, “Nardaranda əslində nə baş verib, T. Bağırzadəyə qarşı bu nifrətin səbəbi nədir?”x9d sualına da cavab axtarmağa çalışaq.
Növbəti yazı buna həsr ediləcək.






































































































