Ödəniş kartlarının sayına tətbiq edilən yeni yanaşmanın məqsədi AÇIQLANDI
Ödəniş kartları və elektron pula bağlı ödəniş hesablarının sayına tətbiq edilən risk əsaslı yanaşmanın əsas məqsədi ödəniş xidməti təchizatçılarının, o cümlədən banklar və elektron pul təşkilatlarının xidmətlərindən sui-istifadə risklərini minimuma endirmək və risk əsaslı yanaşmanın daha vahid formada tətbiq edilməsidir.
Bizim.Media xəbər verir ki, Azərbaycan Banklar Assosiasiyasından verilən məlumata görə, son illərdə rəqəmsal ödəniş ekosisteminin sürətli inkişafı, nağdsız hesablaşmaların genişlənməsi və innovativ ödəniş həllərinin artması risklərin daha effektiv idarə edilməsini zəruri edib.
“Bu yanaşma sağlam ödəniş təcrübəsinin təşviqinə, maliyyə fırıldaqçılığı risk...