Prezidentin general rütbəsi verdiyi şəxs deputatın qardaşıdır

Prezidentin general rütbəsi verdiyi şəxs deputatın qardaşıdır

Hazırda oxunan: Prezidentin general rütbəsi verdiyi şəxs deputatın qardaşıdır
638770
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəis müavini, general-mayor Allahverən İbiş oğlu İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verilib.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, general-leytenant rütbəsinə layiq görülən A.İsmayılov 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputat seçilmiş İmamverdi İsmayılovun qardaşıdır.

Qeyd edək ki, A. İsmayılov Azərbaycan Texniki Universitetinin (AzTU) məzunudur. 

O, müxtəlif illərdə məsul vəzifələrdə çalışıb. Dövlət qurumlarında rabitə infrastrukturunun inkişafındakı xidmətlərinə görə 2016-cı ildə “Əməkdar mühəndis” fəxri adına layiq görülüb.

Həmçinin karyerasının önəmli mərhələlərindən biri kimi, 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasına rəislik edib.
 

Həmçinin 2023-cü ildən XRİTDX rəisinin müavini postunu tutur. O, dövlət informasiya resurslarının mühafizəsi, süni intellekt və kibertəhlükəsizlik sahələrində strateji tədbirlərin həyata keçirilməsində yaxından iştirak edir.


Ölkənin informasiya təhlükəsizliyinin təmin olunmasındakı uzunmüddətli xidmətləri nəzərə alınaraq, 2024-cü ilin aprelində dövlət başçısının Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə mükafatlandırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO