“Sabah”ın həmin oyunlarının VIP biletlərinin qiyməti açıqlandı

“Sabah”ın həmin oyunlarının VIP biletlərinin qiyməti açıqlandı

Hazırda oxunan: “Sabah”ın həmin oyunlarının VIP biletlərinin qiyməti açıqlandı

638760

“Sabah”ın UEFA Çempionlar Liqasının liqa mərhələsində keçirəcəyi dörd ev oyunu üçün VIP paket biletlər satışa çıxarılır.

Bizim.Media xəbər verir ki, bu haqda klub məlumat yayıb.

Bildirilir ki, VIP paket bilet sahibləri “Slaviya” (Praqa), “Borussiya” (Dortmund), “Barselona” və “Napoli” ilə qarşılaşmaları Bakı Olimpiya Stadionunun VIP sektorundan izləyə biləcəklər.

 

VIP sektorda qidalanma xidməti təqdim olunacaq, həmçinin qonaqlar üçün əyləncə proqramının təşkili və DJ ifasında musiqi səsləndirilməsi də nəzərdə tutulur. Bu imkanlar azarkeşlərə Çempionlar Liqası oyunlarının ab-havasını xüsusi şəraitdə yaşamaq imkanı verəcək.


VIP paket biletin qiyməti 1500 manatdır və dörd qarşılaşmanın hamısına şamil edilir. Qeyd edək ki, VIP sektorda əyləncəli tədbirlər ancaq “Slaviya”, “Borussiya” və “Barselona” ilə oyunları əhatə edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO