Birinci sinfə qəbulla bağlı YENİLİK: Uşaqlar NƏLƏRİ bilməlidir?
Dövlət ümumi təhsil müəssisələrində təhsilini dövlət təhsil standartları əsasında digər dildə almaq istəyən şagirdlərin təhsil almaq istədikləri tədris dili üzrə müsahibədən keçirilməsi qaydası təsdiqlənib.
Bizim.Media xəbər verir ki, qaydalarda I sinfə qəbul üzrə müsahibənin hansı meyarlar əsasında qiymətləndiriləcəyi də öz əksini tapıb.
Belə ki, I sinfə qəbul üzrə müsahibə zamanı uşağın tədris dilini bilmə səviyyəsi aşağıdakı meyarlar əsasında qiymətləndiriləcək:
• dinləyib-anlama bacarığı
Uşaq sadə tapşırıqları dinləyib yerinə yetirməli, qısa (3-5 cümlədən ibarət) mətni dinləməli və suallara cavab verməli, sualı diqqətlə dinləyib uyğun cavab verməlidir.
• rabitəli...