İsrailin xarici işlər nazirindən Zelenskiyə cavab: Taxılın “oğurlanması” ilə bağlı sübut yoxdur

İsrailin xarici işlər nazirindən Zelenskiyə cavab: Taxılın “oğurlanması” ilə bağlı sübut yoxdur

Hazırda oxunan: İsrailin xarici işlər nazirindən Zelenskiyə cavab: Taxılın “oğurlanması” ilə bağlı sübut yoxdur

609928

İsrailin xarici işlər naziri Gideon Saar Ukrayna Prezidenti Volodimir Zelenskinin “oğurlanmış” Ukrayna taxılı ilə bağlı açıqlamasına cavab verib.

Bizim.Media xəbər verir ki, nazir Ukrayna tərəfinin iddialarını hələlik sübutlarla əsaslandırmadığını bildirib.

“Biz tvit diplomatiyasını rədd edirik. Bu, bizə təsir etməyəcək. Ukrayna öz iddialarına dair sübut təqdim etməyib. Onlar tvitlər təqdim ediblər”, - deyə Saar vurğulayıb.

Nazirin sözlərinə görə, hazırda Ukrayna tərəfinin iddialarını təsdiqləmək mümkün deyil. Çünki “oğurlanmış” yük daşıdığı iddia olunan gəmi hələ limana daxil olmayıb və sənədlərini təqdim etməyib.

Saar bildirib ki, İsrail Xarici İşlər Nazirliyi məsələ ilə bağlı gömrük orqanlarına müvafiq sorğu göndərib və həmin gəmi yoxlanılır.

“Məni təəccübləndirir ki, bu ittihamlar beynəlxalq platformalarda dəstəklədiyimiz və ötən qış generatorlar verdiyimiz ölkədən gəlir”, - deyə İsrail XİN rəhbəri qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO