“Şeirini təqdim et, imzanı tanıt” müsabiqəsinin yekun tədbiri keçirildi – FOTO/VİDEO

“Şeirini təqdim et, imzanı tanıt” müsabiqəsinin yekun tədbiri keçirildi – FOTO/VİDEO

Hazırda oxunan: “Şeirini təqdim et, imzanı tanıt” müsabiqəsinin yekun tədbiri keçirildi – FOTO/VİDEO

609943

Azərbaycan Yazıçılar Birliyinin üzvü, "İkibaşlı Payız", "Dərd adlı badə" şeir kitablarının müəllifi Esmira Abdullayevanın rəhbərlik etdiyi “Kitabçılar” birliyi tərəfindən elan edilən “Şeirini təqdim et, imzanı tanıt” müsabiqəsi möhtəşəm yekun tədbiri ilə yadda qalıb.

Bizim.Media xəbər verir ki, Xalq şairi Baba Vəziroğlu, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi və yazıçı-publisist Samir Əfsəroğlunun münsifliyi ilə 39 iştirakçı arasından ən yaxşıları seçilib.

Seçim turlarından sonra Kərim Kələyev birinci, Əli Məlikli ikinci, Samir İbrahimli isə üçüncü yerə layiq görülüb.

Azərbaycan Yazıçılar Birliyinin Natavan klubunda baş tutan mükafatlandırma mərasimində qaliblərin şeirləri tanınmış qiraətçilər tərəfindən böyük ustalıqla səsləndirilib.
 

Yazıçı-jurnalist Varis Yolçiyev, yazıçı Elbrus Kəlbiyev və "Qızıl qələm" üzvü mükafatı laureatı Sona Çərkəz kimi tanınmış söz adamlarının, eləcə də universitet nümayəndələrinin iştirak etdiyi gecədə ədəbiyyatın birliyi bir daha nümayiş olunub.


Layihə rəhbəri Esmira Abdullayeva çıxışında hər bir iştirakçını qalib adlandıraraq bu sözləri bildirib:

“Ədəbiyyat sonsuz bir okeandır və biz də bu okeanda bir damla olmağa çalışdıq. Sözə dəyər verən insanlar heç vaxt uduzmurlar”.

















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO