Azərbaycan və İran Naxçıvana PUA hücumunu araşdırır

Azərbaycan və İran Naxçıvana PUA hücumunu araşdırır

Hazırda oxunan: Azərbaycan və İran Naxçıvana PUA hücumunu araşdırır
609946
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan və İranın ekspert qrupları Naxçıvana PUA hücumu ilə bağlı birgə araşdırma aparır.

Bizim.Media xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu Azərbaycan KİV-lərinə açıqlamasında bildirib.

Səfirin sözlərinə görə, ilkin mərhələdə tərəflər arasında məlumat mübadiləsi aparılıb. Daha sonra Azərbaycan-İran sərhədində birgə ekspert qrupunun görüşü keçirilib.

Görüş zamanı hadisə ilə bağlı bir sıra texniki detallar dəqiqləşdirilib və araşdırmanın növbəti mərhələləri müzakirə olunub.

Dəmirçilu bildirib ki, insidentlə bağlı yekun nəticələr bütün zəruri yoxlamalar başa çatdıqdan və İrandakı vəziyyət sabitləşdikdən sonra açıqlanacaq.

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanı və muxtar respublikanın digər mülki infrastrukturu İran ərazisindən buraxıldığı bildirilən PUA-ların hücumuna məruz qalıb. (oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO