AAYDA-dan işdən çıxarılan bölgə rəisi məmur oğlu imiş – FOTO

AAYDA-dan işdən çıxarılan bölgə rəisi məmur oğlu imiş – FOTO

Hazırda oxunan: AAYDA-dan işdən çıxarılan bölgə rəisi məmur oğlu imiş – FOTO

609914

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyində fəaliyyət göstərən Avtomobil Yollarının Mühafizəsi Xidmətində bir sıra vəzifəli şəxslər işdən çıxarılıblar.

İddia olunur ki, həmin şəxslər qurumda aparılan yoxlama zamanı aşkarlanan pozuntulara görə vəzifədən azad olunublar.

Bizim.Media "Qaynarinfo.az"a istinadla xəbər verir ki, vəzifəsini itirənlər arasında Bakı və Bakıətrafı yol mühafizəsi üzrə bölgə rəisi Coşqun Qarayev də var.

O, Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad regional nümayəndəliyinin direktoru Əlövsət Qarayevin oğludur. 70 yaşlı məmur uzun illərdir ki, bu quruma rəhbərlik edir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO