Putin FHN rəhbərini Tuapseyə göndərdi - Neft anbarları yanır - VİDEO

Putin FHN rəhbərini Tuapseyə göndərdi - Neft anbarları yanır - VİDEO

Hazırda oxunan: Putin FHN rəhbərini Tuapseyə göndərdi - Neft anbarları yanır - VİDEO
609920
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya Prezidenti Vladimir Putin fövqəladə hallar naziri Aleksandr Kurenkova Tuapsedə neft anbarlarında baş verən yanğınların söndürülməsinə yerində nəzarət etməyi tapşırıb.

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Kurenkov yaxın saatlarda Tuapseyə yola düşəcək.

“Dövlət başçısının tapşırığı ilə Kurenkov yaxın saatlarda Tuapseyə gedəcək ki, neft anbarlarında yanğınların söndürülməsi və nəticələrin aradan qaldırılması işlərinin gedişinə yerində nəzarət etsin”, - deyə Peskov bildirib.

Kremlin sözçüsü daha əvvəl Tuapseyə hücumların nəticələrinin aradan qaldırılması üçün bütün tədbirlərin lazımi səviyyədə görüldüyünü açıqlamışdı.

Qeyd edək ki, Tuapsedə neft infrastrukturu Ukrayna PUA-larının hücumuna məruz qaldıqdan sonra yanğınlar başlayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO