İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb - Paylaşımına görə...

İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb - Paylaşımına görə...

Hazırda oxunan: İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb - Paylaşımına görə...

609986

Böyük Britaniya Xarici İşlər Nazirliyi İranın Londondakı səfirliyinin sosial şəbəkələrdəki "qəbulolunmaz və təxribat xarakterli şərhləri" ilə əlaqədar ölkənin səfirini nazirliyə çağırıb.

Bizim.Media xəbər verir ki, “Evropeyskaya Pravda” nəşrinin yazdığına görə, bu barədə Britaniya XİN-dən məlumat verilib.

Yaxın Şərq məsələləri üzrə nazir Hamiş Falkoner İran səfirinə bildirib ki, səfirliyin hərəkətləri və şərhləri tamamilə qəbulolunmazdır.

O, səfirliyin "Böyük Britaniyada və ya beynəlxalq səviyyədə zorakılığa həvəsləndirmə kimi şərh edilə bilən" hər hansı bir kommunikasiya formasına son qoymalı olduğunu vurğulayıb.
 

XİN əlavə edib ki, Britaniya hökuməti İran rejimini Böyük Britaniya ərazisindəki bədniyyətli hərəkətlərinə, Londonun Fars körfəzindəki müttəfiqlərinə qarşı ehtiyatsız hücumlarına və öz xalqına qarşı zorakılığa görə tənqid etməyə davam edəcək.


Nazirlik söhbətin konkret hansı paylaşımlardan getdiyini dəqiqləşdirməyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO