Serbiya hökuməti Çeçenistan lideri Ramzan Kadırovun qardaşı oğlu Yakub Zakriyevə vətəndaşlıq verilməsi ilə bağlı əvvəllər qəbul edilmiş qərarı ləğv edib.
Bizim.Media xəbər verir ki, bu barədə "Nedeljnik" qəzeti məlumat yayıb.
Dərc olunmuş qərar Serbiya Respublikasının vətəndaşlığının alınması haqqında əvvəlki 23 aprel 2026-cı il tarixli qanunu ləğv edir.
Üstəlik, rəsmi mətndə Zakriyevin adı qeyd olunmur, yalnız sənəd nömrəsindən istifadə olunur.
Hər iki prosedur - həm ilkin vətəndaşlığın verilməsi, həm də sonrakı ləğvi - Serbiyanın Baş naziri Djuri Matsut tərəfindən imzalanıb. (teleqraf.az)
Bizim.Media









































































































