SON DƏQİQƏ! AZAL-ın Naxçıvana reysləri təxirə salındı - FOTO
Azərbaycan Hava Yollarının 6 iyul 2026-cı il tarixinə planlaşdırılan bir sıra Bakı-Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb.
Bizim.Media xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.
Bildirilib ki, hava şəraiti sabitləşdikdən sonra uçuşların icrasına davam ediləcək.
"Sərnişinlər mümkün dəyişikliklərlə bağlı ətraflı məlumatlandırılacaqlar.
Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi və dağlıq relyefi səbəbindən bölgədə müşahidə olunan meteoroloji şərait uçuş əməliyyatlarına birbaşa təsir göstərə bilir. Xüsusilə güclü külək, küləyin istiqamətinin qəfil dəyişməsi və ildırım aktivliyi eniş və qalxma mərhələlərində əlavə risklər yaradır.
...