Şıx çimərliyində dənizə nə tökülür? – Video

Şıx çimərliyində dənizə nə tökülür? – Video

Hazırda oxunan: Şıx çimərliyində dənizə nə tökülür? – Video

623577

Sosial şəbəkələrdə Şıx çimərliyində dənizə iri diametrli boru vasitəsilə çirkab suyuna bənzər maddənin axıdılmasını əks etdirən görüntülər yenidən paylaşılıb.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin mətbuat katibi Xanlar Mehdiyev Axar.az-a açıqlama verib.

O bildirib ki, bu, yeni video deyil.

“Məlumat əməkdaşlarımız tərəfindən operativ şəkildə araşdırılmışdır. Araşdırma çərçivəsində Səbail rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Şıx çimərliyinə və ətraf ərazilərə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, sözügedən ərazidə gəmilərin yanalması məqsədilə müvafiq işlər aparılır.
 

Belə ki, gəmilərin limana təhlükəsiz yanalmasını təmin etmək məqsədilə xüsusi təyinatlı gəmilər vasitəsilə dənizin dib hissəsində dibdərinləşdirmə işləri həyata keçirilir. Bu proses zamanı dəniz dibindən çıxarılan qum və çöküntülərlə qarışmış su xüsusi boru vasitəsilə əraziyə ötürülür.


Yəni sosial şəbəkələrdə və bəzi media resurslarında çirkab su kimi təqdim edilən axıntı əslində çirkab su deyil, dibdərinləşdirmə işləri nəticəsində yaranan qumla qarışıq dəniz suyudur”, - o qeyd edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO