Qaxda qeyri-sabit hava şəraiti: Ağaclar aşdı, işıq kəsildi - FOTO

Qaxda qeyri-sabit hava şəraiti: Ağaclar aşdı, işıq kəsildi - FOTO

Hazırda oxunan: Qaxda qeyri-sabit hava şəraiti: Ağaclar aşdı, işıq kəsildi - FOTO

623561

Bir neçə saat əvvəl Qax rayonda qeyri-sabit hava şəraiti müşahidə olunub. Əsasən rayonun Marsan kəndində güclü külək və yağış ağacları aşırıb, fərdi təsərrüfatlara ziyan vurub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, leysan xarakterli yağış və güclü külək nəticəsində rayonun Marsan kəndində, avtomobil yolunun kənarında ağaclar və elektrik dirəkləri aşıb, bəzi tikililərin dam örtüyü uçub, kəndə elektrik enerjisinin verilişi dayandırılıb.

Təbiət hadisəsindən sonra müvafiq qurumların əməkdaşları kənddə fəsadların aradan qaldırılması istiqamətində işlərə başlayıb.

Hazırda rayonda yağış yağmasa da, qeyri-sabit hava şəraiti davam edir.


Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO