Qobustanda törədilən qətlin səbəbi AÇIQLANDI

Qobustanda törədilən qətlin səbəbi AÇIQLANDI

Hazırda oxunan: Qobustanda törədilən qətlin səbəbi AÇIQLANDI

623558

Bakının Qaradağ rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.

Bizim.Media xəbər verir ki, Qobustan qəsəbəsində 1983-cü il təvəllüdlü A.Şahmuradovu idarə etdiyi avtomobillə vuraraq öldürməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü A.Nağıyevin qardaşı Vasif "teleqraf.az”a bildirib ki, qardaşı A.Şahverdiyevə qəsəbəni tərk etməyi tapşırıb.

Lakin o qəsəbəni tərk etməyib. Onun sözlərinə görə, A.Nağıyev həyat yoldaşına qeyri-etik mesaj yazan A.Şahverdiyevi məhz buna görə öldürüb.
 

Xatırladaq ki, Qobustan qəsəbəsinin sakini, 1981-ci il təvəllüdlü Asif Nağıyev idarə etdiyi BMW markalı avtomobillə həmyerlisi, 1983-cü il təvəllüdlü Azər Şahmuradovu qəsdən vurub. Daha sonra o, avtomobillə bir neçə dəfə zərərçəkənin üzərindən keçib.


Nəticədə Azər Şahmuradov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Asif Nağıyev müəyyən edilərək saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO