Döyüşdən sağ ÇIXSA da, təlimdə həyatını İTİRDİ – Başına mükafat qoyulan Rafiq Cəfərovun HƏYAT HEKAYƏSİ - FOTO

Döyüşdən sağ ÇIXSA da, təlimdə həyatını İTİRDİ – Başına mükafat qoyulan Rafiq Cəfərovun HƏYAT HEKAYƏSİ - FOTO

Hazırda oxunan: Döyüşdən sağ ÇIXSA da, təlimdə həyatını İTİRDİ – Başına mükafat qoyulan Rafiq Cəfərovun HƏYAT HEKAYƏSİ - FOTO

623550

 Xəbər verildiyi kimi Yevlax rayonu, Qoyunbinəsi kənd sakini, 41 yaşlı müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAHHXHQ) Rafiq Şöhrət oğlu Cəfərov vəfat edib.

Döyüş meydanlarında göstərdiyi qəhrəmanlıqla adını tarixə yazdıran Azərbaycan Ordusunun hərbi qulluqçusu Rafiq Cəfərovun ömür yolu Vətənə sonsuz sədaqətin nümunəsi oldu.

Təəssüf ki, illərlə cəbhədə ölümün gözünə dik baxan qəhrəmanımız təlim zamanı keçirdiyi ürək tutması nəticəsində dünyasını dəyişdi.
 

MÖVZU İLƏ BAĞLI:

Hərbçimizin təlim zamanı ürəyi dayandı - FOTO


1984-cü ildə Yevlax rayonunun Qoyunbinəsi kəndində anadan olan Rafiq Cəfərov 2002-ci ildə həqiqi hərbi xidmətə yollandı. Xidməti dövründə göstərdiyi peşəkarlıq və cəsarətlə seçilən Rafiq sonradan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Vətənə xidmətini davam etdirdi. O, dəfələrlə Türkiyədə snayper hazırlığı keçərək bacarıqlarını daha da təkmilləşdirdi.
 
2016-cı ilin Aprel döyüşlərində göstərdiyi şücaətə görə fəxri fərman və medallarla təltif olunan Rafiq Cəfərov 2020-ci ilin 44 günlük Vətən müharibəsində də ilk gündən ön cəbhədə yer aldı.

Murov dağı istiqamətində verilən döyüş tapşırıqlarını uğurla yerinə yetirdikdən sonra Suqovuşan uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına vuruşdu.

3 döyüş yoldaşı ilə  birlikdə 8 erməni əsgərini əsir götürən qəhrəmanımız düşmənə ciddi zərbələr endirdi və göstərdiyi igidlik hər kəs tərəfindən yüksək qiymətləndirildi.
 
Vətən qarşısındakı xidmətləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Suqovuşanın azad olunmasına görə", "İgidliyə görə", "Qüsursuz xidmətə görə" medalları, eləcə də "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı ilə qiymətləndirildi.
 
Silahdaşlarının və doğmalarının sözlərinə görə, Rafiq Cəfərov döyüşlərdə göstərdiyi peşəkarlıq ilə düşmənin də diqqətini çəkmişdi. Hətta müharibə zamanı ermənilərin onun başına mükafat təyin etdiyi də söylənilir ki, bu da onun döyüş qabiliyyətinin və düşmənə vurduğu zərbələrin göstəricisi kimi dəyərləndirilir.
 
Təəssüf ki, Vətən uğrunda saysız-hesabsız təhlükələrdən sağ çıxan qəhrəman hərbçi bu dəfə təlim zamanı keçirdiyi ürək tutması ilə həyata gözlərini yumdu.
 

Onun dəfn mərasimi doğulduğu Qoyunbinəsi kəndində böyük izdihamla keçirildi. Kənd sakinləri, silahdaşları və yaxınları Rafiq Cəfərovu cəsur, mərd və Vətəninə sonsuz bağlı bir insan kimi xatırlayırlar.


 Rafiq Cəfərovun ömür yolu Azərbaycan əsgərinin Vətən sevgisinin, şərəfli xidmətinin və fədakarlığının parlaq nümunəsi olaraq yaddaşlarda yaşayacaq.
 
Allah rəhmət eləsin!












Leyla Vəfadar, Mərkəzi Aran bürosu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO