Su sayğacları YENİLƏNİR – Abonentlərdən ödəniş tələb olunacaq?

Su sayğacları YENİLƏNİR – Abonentlərdən ödəniş tələb olunacaq?

Hazırda oxunan: Su sayğacları YENİLƏNİR – Abonentlərdən ödəniş tələb olunacaq?

623564

Xəbər verildiyi kimi Azərbaycanda köhnə su sayğacları tarixə qovuşur. Belə ki, istismar müddətini başa vurmuş mövcud sayğaclar uzaqdan oxunan yeni nəsil texnologiyalarla əvəz olunacaq. Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov açıqlama verib. Onun sözlərinə görə su sayğac sistemi tamamilə elektronlaşdırılacaq. Artıq prosesə start verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Köhnə su sayğacları tarixə qovuşur: Milyonlarla abonenti gözləyən yenilik


Maraqlıdır, yeni sayğacın quraşdırılması üçün abonentdən hər hansı ödəniş tələb olunurmu?

ADSEA-dan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, əhali kateqoriyasına aid abonentlər üçün sayğacların dəyişdirilməsi tamamilə ödənişsiz həyata keçirilir:

“Köhnə su sayğaclarının yeni nəsil sayğaclarla əvəzlənməsinə başlanılıb. Dəyişdirmə prosesi istismar müddətini başa vurmuş sayğaclar üzrə mərhələli şəkildə həyata keçirilir. Belə ki, quraşdırılma tarixindən mexaniki sayğaclar üçün 12 il, smart sayğaclar üçün isə 10 il keçmiş sayğacların dəyişdirilməsinə start verilib.

Bu proses bütün xidmət ərazilərini əhatə edir və hər hansı konkret bölgə ilə məhdudlaşmır.
 

Sayğacın sökülməsi, yenisinin quraşdırılması və istismara verilməsi ilə bağlı abonentlərdən heç bir ödəniş tələb olunmur”.


Qeyd edək ki, İ.Bayramovun sözlərinə görə, hazırda əsasən mexaniki və smart tipli sayğaclardan istifadə olunur və onların əksəriyyətinin istismar müddəti başa çatıb.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO