"Bugatti”nin “kapot”una Messi və Maradonanın şəkillərini yapışdırdı – FOTO

"Bugatti”nin “kapot”una Messi və Maradonanın şəkillərini yapışdırdı – FOTO

Hazırda oxunan: "Bugatti”nin “kapot”una Messi və Maradonanın şəkillərini yapışdırdı – FOTO

623526

Mayami küçələrində maraqlı mənzərə qeydə alınıb. "El León" ("Şir") ləqəbi ilə tanınan bloqer və treyder Bruno özünün "Bugatti Chiron Pur Sport" hiperkarını tamamilə Argentina bayrağının rənglərinə bəzədib.

Bizim.Media xəbər verir ki, hiperkarın üzərində Argentina yığmasının əfsanələri Lionel Messi və Dieqo Maradonanın fotorealistik portretləri, AFA-nın rəsmi simvolikası və "La Scaloneta" yazısı əks olunub.

Bu addım Argentina yığmasına dəstək məqsədi daşıyır.

Xatırladaq ki, cəmi bir neçə ay əvvəl əldə olunan çoxmilyonluq avtomobilin üzərindəki bu mürəkkəb dizayn və bahalı plyonka çəkilməsi sahibinə beşrəqəmli məbləğə başa gəlib.
 

Mütəxəssislər hesab edir ki, dünya çempionatı bitdikdən sonra həmin plyonkanın çıxarılması nəzərdə tutulur. Media və bloqer fəaliyyəti ilə məşğul olan Bruno üçün bu addım şəxsi brendinə yatırılmış investisiya kimi qiymətləndirilir.


Qeyd edək ki, Bruno öz varidatını uğurlu birja ticarəti sayəsində qazanıb.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO