Kürdəmirdə zəncirvari qəza: Bir nəfər xəsarət aldı – FOTO

Kürdəmirdə zəncirvari qəza: Bir nəfər xəsarət aldı – FOTO

Hazırda oxunan: Kürdəmirdə zəncirvari qəza: Bir nəfər xəsarət aldı – FOTO

623539

Kürdəmirdə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın Aran bürosunun xəbərinə görə, hadisə rayonun Babək prospektində qeydə alınıb.

Belə ki, qəza zamanı qoşqulu traktor əvvəlcə “Opel” markalı avtomobilə dəyib, daha sonra iritutumlu yük maşını ilə toqquşub.
 

Nəticədə 1962-ci il təvəllüdlü Əzizov Malik Qərib oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı dərhal təcili tibbi yardım maşını ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və həkim nəzarətinə götürülüb.


Faktla bağlı araşdırma aparılır.










Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO