Müəllimlərin işə qəbulu müsabiqəsi üçün ödəniş prosesi BAŞLADI

Müəllimlərin işə qəbulu müsabiqəsi üçün ödəniş prosesi BAŞLADI

Hazırda oxunan: Müəllimlərin işə qəbulu müsabiqəsi üçün ödəniş prosesi BAŞLADI
623583
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Bizim.Media-ya verilən məlumata görə, sistem bu gün saat 15:00-dan 9 iyul saat 15:00-a kimi aktiv olacaq.

Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, müəllimlərin işə qəbulu üzrə müsabiqə bu ildən etibarən ödənişli əsaslarla təşkil edilir.
 

Qanunvericiliyə uyğun olaraq müsabiqədə ilk dəfə iştirak edən namizədlər, şəhid ailəsinin üzvləri, müharibə veteranı adı almış şəxslər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri ödənişdən azaddırlar.


Qeyd edilib ki, ödəniş prosesi ilə bağlı ətraflı məlumat və təlimat şəxsi kabinet vasitəsilə namizədlərin istifadəsinə təqdim olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO