Portuqaliya yığmasının və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun ulduz futbolçusu Kriştiano Ronaldo karyerası ilə bağlı vacib qərarını açıqlayıb.
Bizim.Media xəbər verir ki, 41 yaşlı hücumçu iştirak etdiyi cari dünya çempionatının onun üçün sonuncu olacağını bildirib.
"Bəli, bu dünya çempionatı mənim üçün sonuncu olacaq. Sadəcə, hər anından zövq almağa çalışıram. Sonda bizi sevən insanlar və onlara bəxş etdiyimiz unudulmaz anlar qalır. Bunlar möhtəşəm xatirələrdir", - deyə Ronaldo "AS" nəşrinə açıqlamasında bildirib.
Qeyd edək ki, DÇ-2026-nın 1/8 final mərhələsində Portuqaliya yığması bu gün, iyulun 6-da İspaniya komandası ilə qarşılaşacaq.
Bakı vaxtı ilə saat 23:00-da başlayacaq oyun turnirin ən çox gözlənilən matçlarından biridir.
Bizim.Media

































































































