Nazarbayevin qardaşı oğlu 35 milyonluq malikanəni cəmi 10 dollara aldı – FOTO

Nazarbayevin qardaşı oğlu 35 milyonluq malikanəni cəmi 10 dollara aldı – FOTO

Hazırda oxunan: Nazarbayevin qardaşı oğlu 35 milyonluq malikanəni cəmi 10 dollara aldı – FOTO

623569

Nyu-Cersi ştatında tarixin ən bahalı daşınmaz əmlak sövdələşmələrindən biri baş tutub. Belə ki, dəyəri 35,5 milyon dollar olan lüks malikanə rəsmi sənədlərdə cəmi 10 dollara satılıb.

Bizim.Media xəbər verir ki, bu qeyri-adi sövdələşmənin alıcısı Malayziyanın sabiq baş naziri Nəcib Razakın kürəkəni və Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin qardaşı Bolat Nazarbayevin ögey oğlu Daniyar Kesikbayevdir.

"New York Post"un yaydığı məlumata görə, Alpayn rayonunda yerləşən 1600 kvadratmetrlik malikanə 2025-ci ilin mart ayında Kesikbayevin mülkiyyətinə keçib.

Rəsmi sənədlərdə qeyd olunan 10 dollarlıq məbləğ adətən əlaqəli şəxslər arasında əmlak köçürmələri zamanı istifadə edilən simvolik bir rəqəmdir.
 

Malikanənin daxilində 9 yataq otağı, tam ölçülü basketbol meydançası, boulinq zalı, ev kinoteatrı, kitabxana, şərab zirzəmisi və iki hovuz var. Evin 2012-ci ildə 20 milyon dollara alındığı dövrdə bu, Nyu-Cersi tarixində ən bahalı əmlak sövdələşməsi olmuşdu.


Daniyar Kesikbayev və onun anası Mayra Nazarbayevanın adı daha əvvəl də böyük maliyyə qalmaqallarında hallanıb. Belə ki, 2012-ci ildə Bolat Nazarbayev keçmiş həyat yoldaşı və ögey oğlunu 100 milyon dollardan çox vəsaiti mənimsəməkdə ittiham edərək məhkəməyə vermişdi. Həmin iddiada Daniyarın "Plaza" otelindəki 20 milyonluq mənzili cəmi 1 dollara öz adına keçirməsi kimi faktlar da yer almışdı.

Hazırda Nyu-Cersidəki bu malikanənin Malayziyadakı korrupsiya qalmaqalları ilə bağlılığı barədə də şayiələr yayılıb. Lakin rəsmi sənədlərə görə, mülk hələ də Daniyar Kesikbayevin mülkiyyətində qalır.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO