Əli Nağıyev DTX Akademiyasının məzunlarını təbrik etdi – FOTO/VİDEO
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında məzunların növbəti buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə DTX-dən məlumat verilib.
Bildirilib ki, tədbirdə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev, xidmətin rəhbər əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları, Akademiyanın professor-müəllim heyəti, məzunlar və onların valideynləri iştirak ediblər.
Əvvəlcə ömrünün 25 ilini xüsusi xidmət orqanlarına həsr etmiş Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, Ulu Öndər Heydər Əliyevin Akademiyanın ərazisindəki abidəsinin önünə gül dəstələri düzülərək dahi şəxsiyyətin və ölkəmizin ə...