Gəncədə həkimlə mübahisə edən şəxs poliklinikanı yandırmağa çalışdı - VİDEO

Gəncədə həkimlə mübahisə edən şəxs poliklinikanı yandırmağa çalışdı - VİDEO

Hazırda oxunan: Gəncədə həkimlə mübahisə edən şəxs poliklinikanı yandırmağa çalışdı - VİDEO
623899
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gəncədə poliklinikada insident baş verib, vətəndaş tibb müəssisəsini yandırmağa çalışıb.

Bizim.Media “teleqraf.az”a istinadla xəbər verir ki, hadisə iyulun 7-də, saat 12:50-də Akademik Zülfüqar Məmmədov adına Xəstəxananın Poliklinika şöbəsində qeydə alınıb.
 

İlkin məlumata görə, təyin olunmuş limitdən artıq narkotik tərkibli dərman tələb edən vətəndaş həkimlə mübahisə edib, daha sonra üzərində gətirdiyi tezalışan mayedən istifadə edərək poliklinika şöbəsində yanğın törətməyə cəhd göstərib.


Məlumata görə vətəndaş nevroloq həkimlə mübahisə etdikdən sonra yanğın törətmək istəyib. Hadisənin qarşısı vaxtında alınıb, xəsarət alan olmayıb.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisəni törədən şəxsin Vətən müharibəsinin iştirakçısı, qazi olduğu bildirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO