Dünyanın ən böyük hərbi qərargahı MÜSƏLMAN ölkəsində açıldı – VİDEO

Dünyanın ən böyük hərbi qərargahı MÜSƏLMAN ölkəsində açıldı – VİDEO

Hazırda oxunan: Dünyanın ən böyük hərbi qərargahı MÜSƏLMAN ölkəsində açıldı – VİDEO

623673

Misir dünyanın ən böyük hərbi qərargahını rəsmi olaraq istifadəyə verib.

Bizim.Media “musavat.com”a istinadla xəbər verir ki, Misir Prezidenti Əbdülfəttah əs-Sisi yeni strateji komandanlıq mərkəzi olan "Oktaqon"un açılışını edib.

Kompleks quru qoşunları, hərbi hava qüvvələri, hərbi dəniz qüvvələri, kəşfiyyat və digər dövlət strukturlarının vahid komandanlığını özündə birləşdirir.

Yeni qərargah süni intellekt elementləri ilə təchiz edilmiş C4ISR idarəetmə sistemləri, mühafizə olunan rabitə, yeraltı infrastruktur və kibermüdafiə vasitələri ilə təchiz olunub.

Təxminən 4,7 milyon kvadratmetr ərazini əhatə edən kompleksin sahəsinin ABŞ Müdafiə Nazirliyinin qərargahı olan Pentaqondan onlarla dəfə böyük olduğu bildirilir.

"Oktaqon" hərbi əməliyyatların idarə olunması, böhran vəziyyətlərinə operativ reaksiya verilməsi və bütün silahlı qüvvələrin vahid mərkəzdən koordinasiyası üçün əsas komanda mərkəzi kimi fəaliyyət göstərəcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO