Ukraynanın Rusiyanın hərbi, logistika və yanacaq infrastrukturuna endirdiyi zərbələr müharibənin gedişatını kökündən dəyişməklə yanaşı, Putin rejiminin daxili sabitliyini də sarsıdır.
Bizim.Media xəbər verir ki, Ukrayna Ali Radasının deputatı Kira Rudik Qərb müttəfiqlərini bu məqamdan istifadə edərək Ukraynaya dəstəyi gücləndirməyə çağırıb.
"Atlantic Council"də dərc olunan məqaləsində K. Rudik bildirib ki, Rusiya lideri tammiqyaslı işğalın başladığı vaxtdan bəri ən həssas dövrünü yaşayır: "Ukraynanın uğurları Kreml ilə Rusiya əhalisi arasında bağlanmış gizli "ictimai müqavilə"ni sarsıdır. İllərdir ruslara müharibənin onların gündəlik həyatına təsir etməyəcəyini vəd edən Putin, indi şəhərlərinin vurulması və yanacaq növbələrinin yaranması ilə üzləşib".
Ukraynanın hərbi ekspertləri də bu fikri dəstəkləyirlər. "Fire Point" şirkətinin həm sahibi, həm də baş konstruktoru Denis Ştilermanın sözlərinə görə, Ukraynanın müdafiə qüvvələrinin zərbələri Rusiyadakı daxili sabitliyi məhv edir:
"Putinin sistemi sevgi üzərində deyil, bir razılaşma üzərində qurulub: siz siyasətə qarışmırsınız, biz isə müharibəni evinizə buraxmırıq. Ukraynanın zərbələri bu razılaşmanı pozdu. Voronejdəki yanacaq növbələri, alovlanan neft emalı zavodları ruslara "çar"ın artıq öz vədini yerinə yetirmədiyini xatırladır. Öz vədlərini tuta bilməyən sistem uzun müddət davam gətirə bilməz".
Ştilerman "atəşkəs" xəyalı quranlara xəbərdarlıq edərək vurğulayıb ki, Rusiyanın zəifləməsi onu daha təhlükəsiz etmir, əksinə, onu daha qəzəbli edir:
"Zəifləyən imperiya daha sülhsevər olmur, daha da qəzəblənir. Məhz buna görə də ona fasilə vermək olmaz. İmperiyanı zəif olduğu məqamda bitirmək lazımdır. Qərbin hər bir paytaxtında dərk olunmalı olan düstur budur: bu gün Putini durdurmağın qiyməti Ukraynaya veriləcək silah və puldur. Sabah isə bu qiymət NATO ölkələrinin ərazisindəki müharibə olacaq".
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya üzərində xüsusi təsir əməliyyatını təsdiqləyib.
40 gün davam edəcək bu əməliyyatın əsas məqsədi "uzaq mənzilli sanksiyalar" adlandırılan plan çərçivəsində Rusiyanın müharibəni dəstəkləyən hərbi və sənaye obyektlərinə sistemli zərbələr endirmək və işğalçı dövləti müharibəni dayandırmağa məcbur etməkdir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
14:29 / 07.07.2026
Ali Radanın deputatı: "Putin zəifləyib, Ukrayna təzyiqi artırmalıdır"
Hazırda oxunan: Ali Radanın deputatı: "Putin zəifləyib, Ukrayna təzyiqi artırmalıdır"
Hazırda oxunan: Ali Radanın deputatı: "Putin zəifləyib, Ukrayna təzyiqi artırmalıdır"
623804
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































