Xəbər verdiyimiz kimi, Bakının Nərimanov rayonunda liftdə autizmli azyaşlıya qarşı fiziki zorakılıq edilməsinə dair görüntülər yayılıb.
Bizim.Media-nın məlumatına görə, azyaşlının anası Fidan Abdulla hadisə ilə bağlı danışıb.
O bildirib ki, hadisədən sonra 11 yaşlı övladı bir neçə saat danışa bilməyib və ciddi qorxu keçirib:
“Hadisədən bir neçə saat sonra oğlum mənə liftə daxil olarkən bir nəfərin onu vurduğunu dedi. Əvvəlcə həmin şəxsin uşaq olduğunu düşündüm. Səhəri gün binanın müşahidə kameralarının görüntülərinə baxanda gördüm ki, oğlumu itələyən şəxs 29 yaşlı kişi imiş. Polisə müraciət etdim, çox az müddətdə saxlanıldı. Bildiyim qədər dispanserə yerləşdirilib. Hadisə günü bilmişəm ki, bizim belə bir qonşumuz var”.
Bizim.Media

- A-
- A
- A+
Multimedia
19:58 / 07.07.2026
“Həmin gün bilmişəm ki, belə qonşumuz var” – VİDEO
Hazırda oxunan: “Həmin gün bilmişəm ki, belə qonşumuz var” – VİDEO
Hazırda oxunan: “Həmin gün bilmişəm ki, belə qonşumuz var” – VİDEO
623888
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































