Yay aylarında ölkənin Şimal bölgəsində müşahidə olunan qeyri-sabit hava şəraiti meyvəçiliyə də ciddi zərər vurub. Bölgənin əsas meyvəçilik rayonlarından olan Xaçmazda taxılçılıqla yanaşı, gilas bağları da güclü və uzunmüddətli yağıntılardan əziyyət çəkib.
Rayonun ən çox meyvə yetişdirilən ərazilərindən olan Pirquluoba və Qoçaqqazma kəndlərində də bu il gilas məhsulu fermerlərin ümidlərini doğrultmayıb.
Bağlara ilboyu böyük xərc çəkən kəndlilər məhsul yığımı zamanı yağışların ağır nəticələri ilə üz-üzə qalıblar. Pirquluoba kəndində çəkiliş aparan əməkdaşlarımız fermerlərlə söhbətləşib.
Ətraflı videosüjetdə:
Aytəkin Alxaslı, İntiqam İbrahimov, Bizim.Media, Şimal bürosu

- A-
- A
- A+
Cəmiyyət
20:00 / 07.07.2026
Güclü yağışın FƏSADLARI - Xaçmazda gilas ağaclarda çürüdü – VİDEO
Hazırda oxunan: Güclü yağışın FƏSADLARI - Xaçmazda gilas ağaclarda çürüdü – VİDEO
Hazırda oxunan: Güclü yağışın FƏSADLARI - Xaçmazda gilas ağaclarda çürüdü – VİDEO
623870
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































