Dilan Yeşilgöz 42 il sonra Ankaraya nazir kimi qayıtdı - FOTO

Dilan Yeşilgöz 42 il sonra Ankaraya nazir kimi qayıtdı - FOTO

Hazırda oxunan: Dilan Yeşilgöz 42 il sonra Ankaraya nazir kimi qayıtdı - FOTO

623893

Niderlandın yeni baş nazirinin müavini və müdafiə naziri Dilan Yeşilgöz 42 ildən sonra doğulduğu Ankaraya rəsmi səfər edib.

Bizim.Media xəbər verir ki, NATO Dövlət və Hökumət Başçıları Zirvə Toplantısında iştirak etmək üçün Türkiyəyə gələn Yeşilgöz Niderlandın baş naziri ilə birlikdə Ankaraya gəlib.
 

1977-ci ildə Ankarada anadan olan Dilan Yeşilgöz 7 yaşında ailəsi ilə birlikdə Hollandiyaya köçüb. Uzun illər bu ölkədə siyasi fəaliyyət göstərən Yeşilgöz əvvəlcə ədliyyə və təhlükəsizlik naziri, daha sonra isə hakim VVD partiyasının lideri olub.


Niderlandda aylarla davam edən koalisiya danışıqlarından sonra formalaşan yeni hökumətdə Yeşilgöz Baş nazirin müavini və müdafiə naziri vəzifəsinə təyin edilib.

Yeni vəzifəsində o, Niderlandın müdafiə strategiyası, NATO qarşısındakı öhdəlikləri, Avropa təhlükəsizlik siyasəti və Ukraynaya hərbi dəstək proqramları üzrə əsas məsul şəxslərdən biri olacaq.

NATO Zirvəsi çərçivəsində Ankaraya gəlməzdən əvvəl Dilan Yeşilgöz sosial media hesabında paylaşım edərək səfərlə bağlı fikirlərini bölüşüb.

"Yüksək səviyyəli NATO görüşü üçün Ankaradayam. Təhlükəsizlik və iqtisadiyyat bir-biri ilə sıx bağlıdır. Müdafiəmizə milyardlarla avro sərmayə qoyur, müttəfiqlərimizlə əməkdaşlığı gücləndiririk. Bununla həm Hollandiyanı daha təhlükəsiz edir, həm də iqtisadiyyatımızı gücləndiririk", - deyə o bildirib.

Beləliklə, 7 yaşında tərk etdiyi doğma şəhərə 42 il sonra bu dəfə Niderlandın baş nazirinin müavini və müdafiə naziri kimi qayıdan Dilan Yeşilgöz NATO Zirvəsinin diqqət çəkən simalarından birinə çevrilib. (musavat.com)








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO