“Böyük Qayıdış” Proqramı çərçivəsində məcburi köçkünlər arasında sorğu layihəsinə start verildi - FOTO

“Böyük Qayıdış” Proqramı çərçivəsində məcburi köçkünlər arasında sorğu layihəsinə start verildi - FOTO

Hazırda oxunan: “Böyük Qayıdış” Proqramı çərçivəsində məcburi köçkünlər arasında sorğu layihəsinə start verildi - FOTO

623828

ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu (IDD) Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq məcburi köçkünlər arasında sorğu layihəsinin icrasına başlayıb.

Bizim.Media xəbər verir ki, layihənin əsas məqsədi məcburi köçkünlərin sosial-iqtisadi və demoqrafik vəziyyətinə dair geniş məlumat bazasının formalaşdırılması, həmçinin Böyük Qayıdış Proqramı çərçivəsində həyata keçirilən tədbirlərin planlaşdırılması və qərarqəbuletmə prosesinin etibarlı məlumatlarla təmin edilməsinə töhfə verməkdir.

Sorğu çərçivəsində məcburi köçkünlərin məşğulluq vəziyyəti, peşə bacarıqları, təhsil səviyyəsi, rəqəmsal savadlılığı və elektron xidmətlərə çıxış imkanlarının qiymətləndirilməsi də nəzərdə tutulur.
 

Layihənin icrası çərçivəsində 30 iyun - 2 iyul tarixlərində sorğuçular üçün xüsusi təlim proqramı təşkil olunub. Təlimlər zamanı iştirakçılara layihənin məqsədi, sorğu metodologiyası, müsahibə texnikaları, etik prinsiplər, eləcə də məlumatların keyfiyyətinə nəzarət mexanizmləri ilə bağlı nəzəri və praktiki biliklər təqdim edilib. Təlimlərin əsas məqsədi sorğuçuların sahə işlərinə peşəkar hazırlığını təmin etməkdir.


Təlim mərhələsi başa çatdıqdan sonra ölkənin müxtəlif bölgələrində məcburi köçkünlərlə sorğular keçiriləcək və genişmiqyaslı məlumat toplanacaq.

Toplanacaq məlumatların Böyük Qayıdış Proqramı çərçivəsində gələcək qərarların və proqramların hazırlanması üçün mühüm analitik baza rolunu oynayacağı gözlənilir.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO