“Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündüz reyslərinin açılması ilə bağlı işlər aparılmır” – Azər Fərəcov

“Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündüz reyslərinin açılması ilə bağlı işlər aparılmır” – Azər Fərəcov

Hazırda oxunan: “Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündüz reyslərinin açılması ilə bağlı işlər aparılmır” – Azər Fərəcov

623836

Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündüz reyslərinin açılması ilə bağlı işlər aparılmır.
 
Bizim.Media xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov jurnalistlərə açıqlamasında bildirib.
 
Onun sözlərinə görə, hazırda yalnız bir qatar hərəkətdədir və həmin qatarın tərkibinə əlavə vaqonların qoşulması ilə bağlı işlər aparılır:

"Tbilisi-dən Bakıya hərəkət edən qatara tələbat daha yüksəkdir. Azərbaycana daxil olmaq yalnız təyyarə və qatar yolu ilə olduğundan, Tbilisi-Bakı istiqaməti üzrə daha çox tələbat var".
 
A.Fərəcov qeyd edib ki, bu günə olan məlumata görə, yalnız Tbilisidən 6 000-dən yuxarı sərnişin artıq qatara minib və istifadə edib:

"Bu göstərici Bakıdan 5 000 yuxarıdır".
 
Nəzrin Mirzəyeva, Vüqar Ağayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO