Əmircanda bacısının nişanlısını bıçaqlayan şəxsə HÖKM OXUNDU

Əmircanda bacısının nişanlısını bıçaqlayan şəxsə HÖKM OXUNDU

Hazırda oxunan: Əmircanda bacısının nişanlısını bıçaqlayan şəxsə HÖKM OXUNDU

623840

Bakıda 15 yaşlı bacısının 30 yaşlı nişanlısını öldürməyə cəhd etməkədə təqsirləndirilən Araz Səmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, təqsirləndirilən Araz Səmədovun 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, Araz Səmədov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin sentyabrında paytaxtın Əmircan qəsəbəsində baş verib.

Babək Uğurlunun çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi ilə bağlı Suraxanı rayon Polis İdarəsinə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən əmliyyatla hadisəni törətməkdə şübhəli bilinən Araz Səmədov saxlanılaraq istintaqa cəlb edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) və 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddələrilə ittiham irəli sürülüb. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO