Broyler toyuqlarına "hormon vurulur" iddiasına CAVAB

Broyler toyuqlarına "hormon vurulur" iddiasına CAVAB

Hazırda oxunan: Broyler toyuqlarına "hormon vurulur" iddiasına CAVAB

623843

Broyler toyuqları ilə bağlı cəmiyyətdə uzun illərdir müxtəlif müzakirələr davam edir. Xüsusilə bu toyuqların qısa müddətdə iri çəkiyə çatması, görünüşünün və ətinin rənginin həyət toyuqlarından fərqlənməsi istehlakçılar arasında “hormon istifadə olunur” qənaətinə gətirib çıxarır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ölkədə hormonlu broyler toyuqlarının yetişdirilmədiyini bəyan etməsi isə bu müzakirələri yenidən aktuallaşdırıb.

Bəs, əgər hormonlardan istifadə olunmursa, broyler toyuqları niyə həyət toyuqlarından daha iri olur, əti və dərisinin rəngi fərqlənir?

Qida mütəxəssisi Ağa Salamov mövzu ilə əlaqədar Bizim.Media-ya bildirib ki, əslində broylerlər Azərbaycanda yeni məhsul deyil.

Sovet dövründə də ölkəmizdə Siyəzən Broyler, Xırdalan Broyler və digər iri quşçuluq müəssisələri fəaliyyət göstərirdi. O dövrdə də milyonlarla insan broyler toyuğu istehlak edirdi.

“Hormonlardan başı çıxan-çıxmayan danışıb insanları səhv istiqamətləndirirlər. Hormonlardan danışanlar onun qiymətini də öyrənsinlər. O hormonal yemlərdən istifadə olunsa, bir toyuq baha başa gələr. Bu gün ictimai iaşə müəssisələrinin hamısında broylerlərdən istifadə olunur, çünki müxtəlif çeşidli toyuq yeməklərini, xüsusən də kotlet və lülələri kənd toyuğundan hazırlamaq mümkün deyil. Əgər broyler zərərli olsaydı, dövlət bu sahəyə böyük investisiyalar yatırmaz və onu əhalinin əsas zülal mənbələrindən birinə çevirməzdi”.

Mütəxəssis əlavə etdi ki, əsas məsələ broylerin necə yetişdirilməsi, hansı yemlə bəslənməsidir.

Əsasən balanslaşdırılmış və vitaminləşdirilmiş yemlər verilir ki, bu da toyuqların tez böyüməsinə gətirib çıxarır. Bununla yanaşı broyler toyuqları kənd toyuqları kimi çox hərəkətdə olmur, yem axtarmır, suları, yemləri önündə olur. Çünki məqsəd onların kökəldilməsidir.

A.Salamov həmçinin diqqətə çatdırdı ki, kənd toyuqlarına baytar nəzarəti olmur.

Çox vaxt həyətdəki toyuqlar heç vaksinasiyadan keçirilmir. Böyük ehtimalla 90% kənd toyuqları vaksin olunmur. Lakin broyler toyuqları nəzarətdədir, vaxtlı-vaxtında vaksin olunduğu üçün xəstəlikdən uzaq olurlar.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO