Tolik Arzumun həbsindən danışdı: "Arzumun anasını "blok"lamışam" – VİDEO

Tolik Arzumun həbsindən danışdı: "Arzumun anasını "blok"lamışam" – VİDEO

Hazırda oxunan: Tolik Arzumun həbsindən danışdı: "Arzumun anasını "blok"lamışam" – VİDEO

623883

Aparıcı və prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkədə canlı yayım zamanı bloqer Arzumun həbsi ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Bizim.Media “milli.az”a istinadla xəbər verir ki, Tolikin dediyinə görə, Arzumun vəkilləri əvvəldən ona təxminən 5 il azadlıqdan məhrumetmə cəzası verilə biləcəyini demişdilər. Onun sözlərinə görə, hadisənin gedişində bəzi addımlar atılmasaydı, vəziyyət fərqli ola bilərdi.
 

Aparıcı hesab edir ki, mərhumun atası tərəfindən verilən açıqlamanın yayılması düzgün olmayıb. O əlavə edib ki, hazırda sosial şəbəkələrdə mərhumun məzarı ilə bağlı paylaşımlar edilməsi və insanların söyüş yazmağa təşviq olunması heç kimə fayda vermir.


Tarix Əliyev bildirib ki, qarşı tərəf razılıq verəcəyi təqdirdə, Arzumun valideynlərinin barışıq üçün addım atması hüquqi prosesə təsir göstərə və onun azadlığa çıxmasına şərait yarada bilər.

Tolik, həmçinin Arzumun anasını sosial şəbəkədə "blok"ladığını da etiraf edib:

"Arzumun vəkilləri demişdilər ki, özünə 5 il iş verəcəklər. Gərək atasında o açıqlamanı almazdılar, onu yayımlamazdılar. Bu gün TikTok-da o oğlanın qəbrini qoyub söydürmək lazım deyil. Arzumun anası, atası gedib bağışlanma istəsələr, qarşı tərəf razı olsa belə, Arzum 50 gün sonra həbsdən çıxa bilər. Mən Arzumun anasını "blok"lamışam. Mənə yayımları atırdı ki, Arzuma görə məni söyürdülər. O da canlı yayımını mənə atırdı ki, girim qoşulum. Məni bada verirdi. İnsanın ölüsünü söymək olmaz. Bununla Arzuma daha da pislik edirlər".

Aparıcı sonda vurğulayıb ki, vəfat etmiş insanın ünvanına təhqirlər səsləndirmək doğru deyil və belə davranışlar vəziyyəti daha da gərginləşdirərək Arzumun işinə yalnız mənfi təsir göstərir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO