Ermənistanda rusiyayönümlü "Güclü Ermənistan" partiyasının namizədləri həbs edilir - MSK razılıq verdi
Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) kremlyönümlü "Güclü Ermənistan" partiyasından deputatlığa namizəd olan altı şəxs barəsində cinayət təqibinin başlanmasına razılıq verib.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Sözügedən şəxslər seçiciləri ələ almaqda (seçki rüşvətxorluğu) və külli miqdarda pul vəsaitlərinin yuyulmasında şübhəli bilinirlər. Ermənistan İstintaq Komitəsinin artıq barələrində həbs qərarı çıxardığı fiqurantlar arasında Vahe Tavakalyan, Hayk Avakyan, Vahe Yeqiazaryan, Susan Badoyan, Aşot Saakyan və Artur Abramyan var.
Nəzarət orqanının məlumatına görə, prokurorluq cinayət təqibinə razılıq verilməsi barədə vəsatəti iyunu...