Model özü ilə evləndi - Toyuna 50 min dollar xərclədi - FOTO

Model özü ilə evləndi - Toyuna 50 min dollar xərclədi - FOTO

Hazırda oxunan: Model özü ilə evləndi - Toyuna 50 min dollar xərclədi - FOTO

617599

Şəxsi həyatında bəxti gətirməyən və sevgililərinin xəyanətləri ucbatından ağır depressiya keçirərək intihar həddinə qədər çatdığını etiraf edən 38 yaşlı "OnlyFans" modeli Bonni Lokett həyatının ən maraqlı addımını atıb. O, 20 min dollarlıq dizayner gəlinliyini geyinərək güzgüdəki əksinə "Bəli" deyib və özü ilə evlənib.

Bizim.Media xəbər verir ki, hazırda İbizada yaşayan ingiltərəli modelin toy mərasimi mayın 30-da baş tutub.

Mərasimdə Bonninin bir neçə yaxın dostu iştirak edib. Model öz barmağına özünün aldığı 27 min dollar dəyərindəki 3 karatlıq sarı brilyant qaşlı üzüyü taxaraq dünyada getdikcə populyarlaşan "sologamiya" (özü ilə evlənmə) hərəkatının bir parçası olub. Bu nikahın hüquqi qüvvəsi olmasa da, rəmzi xarakter daşıyır.
 

Bonni Lokett bu addımı keçmiş uğursuz evliliyindən və xəyanətlərdən sonra özünü bərpa etmək üçün atdığını bildirib. O, 11 il birlikdə olduğu və 2023-cü ildə evləndiyi şəxsin münasibətlərinin ilk günündən bəri ona xəyanət etdiyini, hətta can düşməni ilə yatdığını öyrəndikdən sonra boşandığını qeyd edib. Boşanmadan dərhal sonra başladığı növbəti münasibətdə də xəyanətlə üzləşən model ağır mənəvi böhran keçirib.


Müalicə və terapiya kurslarından sonra daxili hüzurunu tapan Bonni özünə inamını bərpa etdiyini və artıq xoşbəxtlik üçün bir kişiyə ehtiyacı olmadığını anladığını deyib.

Aprel ayında bəyəndiyi üzüyü və gəlinliyi geyinərək İbizanın "Kala d’Xort" çimərliyində altı qonaq və nikah məmuru qarşısında güzgüyə baxaraq özünü sonsuza qədər sevəcəyinə, qoruyacağına söz verib.

Qeyd edək ki, hazırda ABŞ-dan Hindistana qədər bir çox ölkədə 30 yaşını keçmiş subay qadınlar arasında sologamiya hərəkatı sürətlə yayılmaqdadır.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO