Bəndalı Qənbərov həbs edildi

Bəndalı Qənbərov həbs edildi

Hazırda oxunan: Bəndalı Qənbərov həbs edildi
617585
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Lənkəran Ağır Cinayətlər Məhkəməsində üç nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Bəndalı Qənbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə B.Qənbərov 5 il 6 ay azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. İttihama görə, hadisə ötən il iyunun 25-də Füzuli rayonunun Qayıdış qəsəbəsi ərazisində baş verib. Rayon sakini Bəndalı Qurbanov KIA markalı avtomobillə qarşıda gedən "Opel" markalı avtomobili ötmək istəyərkən idarəetməni itirib və həmin avtomobillə yanaşı "Mercedes-Benz" markalı maşınla da toqquşub.

Hadisə nəticəsində KIA-nın sərnişini Elçin Süleymanov, "Mercedes-Benz"də olan qardaşlar - 1986-cı il təvəllüdlü Ceyhun Qurbanov və 1991-ci il təvəllüdlü Nicat Qurbanov həlak olublar.

Hadisə nəticəsində xəsarətlər alan B.Qənbərov xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, qəzada təqsirləndirilən B.Qənbərov "Aqroservis" ASC-nin Füzuli rayon şöbəsinin əməkdaşı olub. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO