Ukrayna Rusiyadakı hədəflərini açıqladı

Ukrayna Rusiyadakı hədəflərini açıqladı

Hazırda oxunan: Ukrayna Rusiyadakı hədəflərini açıqladı
617569
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukrayna ordusu Rusiyanın müxtəlif bölgələrində yerləşən hərbi və enerji infrastruktur obyektlərinə zərbələr endirdiyini açıqlayıb. Bildirilir ki, hücumlar nəticəsində bir sıra hərbi bazalar, arsenal və neft infrastrukturu zərər görüb.

Bizim.Media  xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, iyunun 5-i və 6-na keçən gecə Rusiyanın hərbi və logistika obyektlərinə qarşı silsilə hücumlar həyata keçirilib.

Məlumata əsasən, zərbə endirilən obyektlərdən biri Rusiyanın Leninqrad vilayətində yerləşən “Kronştadt” bazası olub. Bildirilir ki, obyekt ərazisində partlayışlar qeydə alınıb, zərərin miqyası isə dəqiqləşdirilir.

Ukrayna tərəfi həmçinin Leninqrad vilayətinin Lomonosov şəhərində yerləşən “Petroqofskaya” neft bazasına zərbə endirildiyini, obyekt ərazisində yanğın baş verdiyini açıqlayıb.

Bununla yanaşı, “Neste” neft terminalının yaxınlığında da yanğın qeydə alındığı bildirilir.

Açıqlamada qeyd olunur ki, Böyük İjora qəsəbəsində yerləşən 1060-cı Maddi-Texniki Təminat Mərkəzinin raket silahları və sursat saxlanılan arsenalı da zərbə altına düşüb. Burada partlayışlar, ikinci dərəcəli detonasiya və yanğın baş verdiyi iddia olunur.

Ukrayna ordusu Krasnodar diyarındakı “Ust-Labinsk” neft bazasına, Belqorod vilayətində komanda-müşahidə məntəqəsinə, həmçinin Luqansk, Donetsk və Zaporojye istiqamətlərində bir sıra hərbi obyektlərə də zərbələr endirildiyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO