Tramp fırıldaqçı keçmiş konqresmeni əfv etdi

Tramp fırıldaqçı keçmiş konqresmeni əfv etdi

Hazırda oxunan: Tramp fırıldaqçı keçmiş konqresmeni əfv etdi

617576

ABŞ Prezidenti Donald Tramp insayder ticarəti (konfidensial məlumatlardan istifadə etməklə qanunsuz birja əməliyyatları) işi üzrə mühakimə olunmuş Nümayəndələr Palatasının keçmiş respublikaçı üzvü Stiven Bayeri (İndiana ştatı) əfv edib.

Bizim.Media xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Bayer 2023-cü ilin martında qiymətli kağızlarla fırıldaqçılığın dörd epizodu üzrə təqsirli bilinib.

Məhkəmə müəyyən edib ki, o, 2018-ci ildə məsləhətçi işləyərkən "T-Mobile" və "Sprint" şirkətlərinin birləşməsinə dair gizli məlumatlardan istifadə edərək rəsmi açıqlamadan əvvəl səhmlərlə qanunsuz əməliyyatlar aparıb.

İttiham tərəfinin materiallarına görə, keçmiş konqresmen bu əməliyyatlardan ümumilikdə 300 min dollardan çox qanunsuz gəlir əldə edib.

O, 2023-cü ilin sentyabrında 22 ay müddətinə azadlıqdan məhrum edilib. Cari ilin may ayında isə ABŞ Ali Məhkəməsi onun apellyasiya şikayətinə baxmaqdan imtina edib.

Ağ Ev tərəfindən dərc olunan əfv fərmanında qərarın ətraflı əsası göstərilməyib. Sənəddə yalnız qeyd olunub ki, prezident Konqresin 52 hazırkı və keçmiş üzvünün "tövsiyələrini", həmçinin Bayerin orduda və Konqresdəki xidmətlərini nəzərə alıb.

Qeyd edək ki, Stiven Bayer 1993-2011-ci illərdə Nümayəndələr Palatasının üzvü olub, sonradan isə korporativ məsləhətçi kimi fəaliyyət göstərib.

O, həmçinin 1999-cu ildə Prezident Bill Klintonun impiçmenti prosesində Nümayəndələr Palatasının menecerlərindən biri kimi iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO