Türkiyədə ata 3 yaşlı qızını girov götürdü – FOTO

Türkiyədə ata 3 yaşlı qızını girov götürdü – FOTO

Hazırda oxunan: Türkiyədə ata 3 yaşlı qızını girov götürdü – FOTO

617519

Türkiyənin paytaxtı Ankarada azyaşlı qızını girov götürən şəxs polis əməliyyatı nəticəsində zərərsizləşdirilib.

Bizim.Media “Habertürk”ə istinadən xəbər verir ki, hadisə Ankaranın Etimesgut rayonunda baş verib. İddiaya görə, bir nəfər 3 yaşlı qızını bıçaqla girov saxlayaraq ətrafdakılara təhlükə yaradıb.
 

Hadisə yerinə polis, təcili tibbi yardım və yanğınsöndürmə briqadaları cəlb olunub. Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsi təslim olmağa razı salmağa çalışsalar da, bu, mümkün olmayıb.


Bundan sonra xüsusi təyinatlı polis qüvvələri əməliyyat keçirib. Əməliyyat zamanı azyaşlı qız xilas edilib, ata isə zərərsizləşdirilib.

Məlumata görə, hadisə zamanı polis xidmət itlərindən biri də yaralanıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.



Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO