“Faciə etməyin, elə bilin bir külək idi, gəldi keçdi” - Vüqardan cavab

“Faciə etməyin, elə bilin bir külək idi, gəldi keçdi” - Vüqardan cavab

Hazırda oxunan: “Faciə etməyin, elə bilin bir külək idi, gəldi keçdi” - Vüqardan cavab

617559

Xəbər verdiyimiz kimi, aparıcı Mətanət Əliverdiyeva müğənni Vüqar Muradovu verilişinə dəvət etdiyini, lakin onun canlı yayıma qatılmadığını açıqlayıb.
 

MÖVZU İLƏ BAĞLI: 

Mətanətdən verilişinə gəlməyən Vüqar Muradova sərt sözlər


Bizim.Media xəbər verir ki, aparıcı ifaçının ünvanına sərt sözlər deyib. Vüqar isə məsələyə cavabsız qalmayıb.

O, videoaçıqlama yayaraq aparıcıya cavab verib və proqrama qatılmama səbəbini açıqlayıb:

"İki gün əvvəl verilişin prodüseri zəng etdi ki, proqramda sən və Vaqif Şıxəliyev iştirak edəcəksiniz. Razılaşdım ki, məmnuniyyətlə qatılaram, gözəl ifalar edərik. Verilişə gedərkən 2 saat tıxacda qaldım. Kanala çatmağıma az qalmışdı. Açıb baxdım ki, verilişdə vəziyyət necədir.
 

Gördüm ki, Vaqifdən başqa bir xanım və bir bəy də var. Mən onları tanımıram. Prodüserə yazdım ki, kifayət qədər qonaq var, mənə ehtiyac yoxdur. Məni ciddi qarşılamırsınızsa, mən də sizi ciddiyə almıram. Hər şeyin bir əndazəsi var. Məni aldadıblar. Problemim qonaqlarla yox, prodüser və aparıcı ilə idi.


Mətanət Əliverdiyeva yanlış ifadələr işlədib ki, guya qonaqları aşağılayıram. Mənim problemim qonaqlar yox, sizsiniz. Yalan danışmısınız. Mətanət xanım, niyə verilişə gəlməməyimi faciəyə çevirdiniz? Elə bilin ki, bir külək idi, gəldi və keçdi". (Axşam.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO