Rusiyanın bu qəsəbəsində 600-dən çox insan təxliyə edildi - PUA hücumundan sonra

Rusiyanın bu qəsəbəsində 600-dən çox insan təxliyə edildi - PUA hücumundan sonra

Hazırda oxunan: Rusiyanın bu qəsəbəsində 600-dən çox insan təxliyə edildi - PUA hücumundan sonra

617582

Rusiya Federasiyasının Leninqrad vilayətinin Bolşaya İjora qəsəbəsində Müdafiə Nazirliyinə məxsus obyektdə şənbə günü baş verən PUA hücumu nəticəsində yaranan yanğın səbəbindən 600-dən çox sakin təxliyə olunub.

Bizim.Media xəbər verir ki, bu barədə regionun qubernatoru Aleksandr Drozdenko məlumat yayıb.

"Müdafiə Nazirliyinin obyektində pilotsuz uçuş aparatının hücumu nəticəsində baş verən yanğının fəsadlarının aradan qaldırılması davam edir. Hazırda mühafizə zonasından 600-dən çox insan təxliyə edilib, onlardan 325-i müvəqqəti yerləşdirmə məntəqələrindədir, qalanları isə qohumlarının yanına gediblər", — deyə qubernator sosial şəbəkə hesabında qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO