Rusiya 2030-cu ilə qədər NATO-ya hücum edəcək - Britaniya kəşfiyyatının İDDİASI

Rusiya 2030-cu ilə qədər NATO-ya hücum edəcək - Britaniya kəşfiyyatının İDDİASI

Hazırda oxunan: Rusiya 2030-cu ilə qədər NATO-ya hücum edəcək - Britaniya kəşfiyyatının İDDİASI

617578

Böyük Britaniyanın Baş naziri Kir Starmer Britaniya kəşfiyyatının və digər NATO ölkələrinin kəşfiyyat xidmətlərinin rəyinə əsaslanaraq bəyan edib ki, Rusiya 2030-cu ilə qədər alyans ölkələrindən birinə hücum edə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə "AFP" agentliyi məlumat yayıb.

İngiltərənin cənub-qərbindəki pilotsuz uçuş aparatları istehsalı müəssisəsini ziyarət edən Starmer qeyd edib ki, bu kəşfiyyat hesabatı ölkənin müdafiəsinin gücləndirilməsi tədbirlərinin niyə bu qədər təcili olduğunu izah edir. Baş nazir, həmçinin hökumətin iyul ayında Türkiyədə keçiriləcək NATO sammitindən əvvəl müdafiə sahəsinin inkişafına dair tam maliyyələşdirilmiş 10 illik planı təqdim edəcəyini bildirib.
 

Eyni gündə Böyük Britaniya Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi Riçard Nayton da Rusiya təhdidləri fonunda ölkənin müdafiə potensialını sürətlə artırmağın vacibliyi barədə xəbərdarlıq edib. "BBC"yə müsahibə verən Nayton hazırkı dövrü özünün 35 illik hərbi karyerasında ən təhlükəli dövr adlandırıb.


Xatırladaq ki, Britaniya rəsmilərinin bu bəyanatları NATO Baş katibi Mark Ruttenin bir müddət əvvəl Rusiyanın yaxın beş il ərzində alyans ölkələrinə qarşı hərbi güc tətbiq etməyə hazır ola biləcəyi barədə xəbərdarlığı ilə üst-üstə düşür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO