Türkiyənin Muğla vilayətinin Bodrum şəhərində 65 yaşlı Veysel Bek evində ölü vəziyyətdə tapılıb.
Bizim.Media “Habertürk”ə istinadən xəbər verir ki, qonşular bir neçə gündür Veysel Beki görməməsi və evdən xoşagəlməz qoxu gəlməsi səbəbilə 112 Təcili Zəng Mərkəzinə məlumat veriblər.
Bunun əsasında ünvana sağlamlıq və polis qrupları göndərilib. Əraziyə gələn əməkdaşlar Veysel Bekin təxminən 2 gün əvvəl həyatını itirdiyini müəyyən ediblər.
Əqli qüsurlu olduğu iddia edilən oğlu A.B.-nin isə atasının cansız bədəni ilə iki gün eyni evdə yaşadığı bəlli olub.
Hadisə ilə bağlı araşdırma aparılır.






Xədicə Paşayeva, Bizim.Media

































































































