Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir – FOTO

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir – FOTO

Hazırda oxunan: Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir – FOTO
617543
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda "Classics & Supercars" festivalı başlayıb.

Bizim.Media xəbər verir ki, iki gün davam edəcək festival Azərbaycan Avtomobil Federasiyası (AAF) və "Nazar Holdings"in birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkın ərazisində keçirilir.

İki gün ərzində Bakı bulvarında avtomobillər klassik avtomobillər, "Supercar"lar və idman avtomobilləri nümayiş olunacaq.

Sərgidə Azərbaycan Avtomobil Federasiyasının avtomobil kolleksiyası, həmçinin tədbirə qeydiyyatdan keçmiş avtomobil sahiblərinin nəqliyyat vasitələri nümayiş olunur.
 

Festivalda sərgilənən klassik avtomobillər 1986-cı ilədək istehsal olunan nəqliyyat vasitələridir. Klassik avtomobillər avtomobil sənayesinin tarixini və inkişaf mərhələlərini özündə əks etdirən nadir nəqliyyat vasitələridir. Onlar özünəməxsus dizaynı və dövrünün mühəndislik nailiyyətləri ilə seçilirlər. Bu avtomobillər kolleksiyaçılar və avtomobil həvəskarları tərəfindən böyük maraqla qorunur, bərpa edilir və nümayiş olunur. Hər bir klassik avtomobil öz dövrünün tarixini yaşadır.


Festivalda retro avtomobillərlə yanaşı güclü mühərrik və müasir texnologiyalarla seçilən müxtəlif növ idman avtomobilləri və "Supercar"lar da təqdim edilir.

Beləliklə, festivala gələn ziyarətçilər istər yüksək sürəti və innovativ texnologiyaları ilə seçilən müasir avtomobillər, istərsə də öz tarixi və zərifliyi ilə dəyər qazanan retro nəqliyyat vasitələri ilə bir məkanda tanış olmaq imkanı qazanıb. Avtomobil sənayesinin inkişafını və müxtəlif dövrlərin ruhunu əks etdirən həmin avtomobillərin hər biri özünəməxsus xüsusiyyətləri ilə ziyarətçilərdə maraq yaradıb.

Səhər saat 11-də başlayan sərgi iyunun 6-da axşam saat 18.00-dək, iyunun 7-də isə saat 16.00-dək davam edəcək.

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir – FOTO - foto 1
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir – FOTO - foto 2
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir – FOTO - foto 3
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir – FOTO - foto 4
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir – FOTO - foto 5
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir – FOTO - foto 6
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir – FOTO - foto 7
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir – FOTO - foto 8
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir – FOTO - foto 9


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO