Abşeron-Xızı regionu üzrə şagirdlərin monitorinqi 39 mərkəzdə təşkil olunub. Prosesə 40 imtahan rəhbəri, IV sinif üzrə 631 nəfər, VI sinif üzrə isə 649 nəfər nəzarətçi cəlb edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb.
Məlumata görə, region üzrə IV siniflərdən 13 882, VI siniflərdən isə 13 664 şagird imtahanda kağız daşıyıcılar vasitəsilə iştirak edir. Elektron formatda isə IV sinif üzrə 1 165, VI sinif üzrə 1 545 şagird imtahana cəlb olunub.
Ümumilikdə Abşeron-Xızı regionu üzrə IV-VI siniflər üzrə monitorinqdə iştirak edən şagirdlərin sayı 30 256 nəfər təşkil edir.
Monitorinqin əsas məqsədi şagird nailiyyətlərinin yaxşılaşdırılması, onların müvafiq standartlar üzrə bilik və bacarıqlarının səviyyəsinin müəyyən edilməsi, həmçinin tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsidir.
Qeyd edək ki, bu il ilk dəfə olaraq monitorinq tapşırıqlarına açıq tipli suallar da daxil edilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:23 / 06.06.2026
Abşeron-Xızı regionu üzrə monitorinqə cəlb edilən şagirdlərin SAYI
Hazırda oxunan: Abşeron-Xızı regionu üzrə monitorinqə cəlb edilən şagirdlərin SAYI
Hazırda oxunan: Abşeron-Xızı regionu üzrə monitorinqə cəlb edilən şagirdlərin SAYI
617540
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































