Dünya şöhrətli kolumbiyalı müğənni Şakira "Ginnesin Rekordlar Kitabı"na düşüb.
ANS PRESS-in məlumatına görə, 38 yaşlı iki uşaq anası olan ifaçı ona təqdim olunan diplomları özünün Instagram səhifəsində paylaşıb. Onun bu məşhur kitaba düşməsinin səbəbi İnternetdəki rekord sayda izləyicisinin olmasıdır.
Şakiranın "Facebook" sosial şəbəkəsindəki 100 milyonluq rekord "like" rəsmi olaraq "Ginnesin Rekordlar Kitabı"nda qeydə alınıb.
Müğənni mikrobloqunda onunla və ailəsi ilə maraqlanaraq onu qalib edən bütün izləyicilərinə öz minnətdarlığını bildirib.



































































































