Ukrayna Prezidenti Volodimir Zelenski Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş nüvə fəlakətinin ildönümü ilə bağlı açıqlama verib.
Bizim.Media xəbər verir ki, Zelenski 40 il əvvəl dünyanın ən böyük nüvə fəlakətlərindən biri ilə üzləşdiyini xatırladıb.
Onun sözlərinə görə, həmin vaxt Çernobıl AES-in dördüncü reaktoru partlayıb və atmosferə böyük miqdarda radioaktiv maddə yayılıb.
“Yüz minlərlə insan illərlə bu faciənin nəticələrinin öhdəsindən gəlməyə çalışıb”, - deyə Ukrayna Prezidenti bildirib.
Zelenski qeyd edib ki, radiasiyanın qarşısını almaq üçün dağıdılmış reaktorun üzərində sarkofaq inşa olunub. Daha sonra 40-dan çox ölkənin iştirakı ilə həmin obyekt təhlükəsiz konfaynmentlə örtülüb ki, yeni fəlakətlərin qarşısı alınsın.
Ukrayna liderinin sözlərinə görə, məhz bu iki qurğu radiasiya sızması və çirklənmədən qoruyan əsas müdafiə vasitələridir:
“Onların saxlanılması və qorunması hər kəsin marağındadır”.
Zelenski bildirib ki, Rusiya müharibə ilə dünyanı yenidən texnogen qəza təhlükəsi ilə üz-üzə qoyur. Onun sözlərinə görə, Rusiya-İran istehsalı olan “Şahed” PUA-ları mütəmadi olaraq stansiyanın üzərindən uçur, onlardan biri isə ötən il konfaynmentə zərbə endirib.
“Dünya bu nüvə terrorizminin davam etməsinə imkan verməməlidir. Bunun ən yaxşı yolu Rusiyanı öz ağılsız hücumlarını dayandırmağa məcbur etməkdir”, - deyə Zelenski vurğulayıb.
O, Çernobıl faciəsinin nəticələrinin aradan qaldırılması zamanı həyatını itirənlərin xatirəsini də yad edib:
“Bu faciənin nəticələrini aradan qaldırarkən həyatını qurban verən hər kəsi xatırlayırıq. Çernobıl fəlakətinin bütün qurbanlarının xatirəsi əziz olsun”.
Bizim.Media

- A-
- A
- A+
Dünya
11:22 / 26.04.2026
Zelenski: “Dünya Çernobıl fəlakətinin təkrarlanmasına imkan verməməlidir” - VİDEO
Hazırda oxunan: Zelenski: “Dünya Çernobıl fəlakətinin təkrarlanmasına imkan verməməlidir” - VİDEO
Hazırda oxunan: Zelenski: “Dünya Çernobıl fəlakətinin təkrarlanmasına imkan verməməlidir” - VİDEO
609400
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































